Ötən gün müğənni Afaq Aslan həyata keçirdiyi yeni layihəsini təqdim edib.
Unikal.org xəbər verir ki, ifaçı fotosessiya üçün lüt soyunmalı olub. Müğənninin bu işi birmənalı qarşılanmayıb və tənqid atəşinə tuş gəlib. İzləyicilər şəkilin fotoşop olduğunu bildirib.
A.Aslan isə bütün bu iradlara belə cavab verib:
"Mən o deyənlər üçün canlı video roliklər də çəkib paylaşıram. Hər halda videoda fotoşop deyilən şey yoxdur. Bu yaxınlarda, "Afaqın bədəni belə deyil, fotoşopdur" deyənlərə canlı-canlı videolar paylaşacam, görüm onda nələr deyəcəklər? Birdə ki, belə deyil deyənlər, məni həyatda canlı görməyənlərdir. Məni bilən bilir".big.az