Ankarada martın 13-də törədilən terror aktında yaralananlardan biri xəstəxanada vəfat edib.
Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, terrorda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydın müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Bununla da, terror qurbanlarının sayı 36-ya çatıb.
Qeyd olunub ki, partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.