Bakıda ilaxır çərşənbə və Novruz bayramı günlərində 6 nəfər tonqal ətrafında yanıb.
Unikal.org xəbər verir ki, Respublika Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, martın 20-21-i tarixlərində tonqal ətrafında yanma ilə bağlı 2, martın 15-i ilaxır çərşənbə günü 4 müraciət daxil olub.
Mərkəzdən bildiriblər ki, müraciət edənlər yüngül yanıq xəsarətləri alıblar.
Mərkəzdən onu da qeyd ediblər ki, martın 1-i od çərşənbəsi günü Şəmkirdə 2008-ci il təvəllüdlü azyaşlı tonqala düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.