İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunmasına vəkili münasibət bildirib.
Unikal.org xəbər verir ki, Zərrabın vəkili Şeyda Yıldırım hurriyet.com-a bildirib ki, şənbə gunu həyat yoldaşı və qızı ilə Mayamiyə istirahətə gediblər: "Zərrab hazırda qanunsuz ticarət əlaqələrinə gorə, ittiham olunur. Hazırda ABŞ-a vəkillər gondərilib və mən də oraya gedəcəm. Biz belə gözləmirdik. Hazırda həyat yoldaşı və qızıda orada təqib edilir".