"Azərbaycan Hava Yolları" QSC (AZAL) Heydər Əliyev aeroportu, eləcə də digər regional hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirib.
Unikal.org ki, bu barədə Day.Az-a AZAL rəhbərinin köməkçisi Paşa Kəsəmənski məlumat verib.
Brüssel aeroportunda bu gün baş verən terror aktı ilə bağlı olaraq "Azərbaycan Hava Yolları" rəhbərliyi nəzarətin gücləndirilməsi tapşırığını verib.
"Ölkənin aeroportlarının bütün təhlükəsizlik xidməti əməkdaşları yerlərdə aviasiya təhlükəsizliyinin gücləndirilməsi barədə təlimat alıblar", - Kəsəmənski bildirib.
Qeyd edək ki, Azərbaycanın mülki aviasiya obyektləri müntəzəm olaraq planlı yoxlamadan keçirilir.