Brüsseldəki partlayışlarla əlaqədar Türkiyənin Baş naziri Əhməd Davudoğludan sərt açıqlama.
Unikal.org-un məlumatına görə, baş nazir vurğulayıb ki, bu millətin gələcəyinə bir daha AK Partiya qrupu adından söz verirəm: "Millət də kədərlənməsin. Millətin ideallarını müdafiə edən AK Partiyası var və bu daim də olacaq. Bu səhər Brüsseldə meydana gələn hücumu lənətləyirik. Belçika xalqına başsağlığımızı bildiririk. Keçən həftə Brüseldə oldum və orada hər cür terrora qarşı müzakirələr apardıq. Bütün insanlığımızla birlikdə terrora qarşı mübarizədə sərt davranmağa dəvət edirəm.
Davudoğlu bildiribki, Türkiyə də çətin bir dövrdən keçir və bir çox terror qrupları ölkəmizi hədəfə alıb: "Adları fərqli olsa da eyni təlimatla hərəkət edir. Bir-birinə qarşı görünən təşkilatlar da bizə qarşı toplanır. Dalbadal gələn bu hücumlar necə çalışdıqlarını göstərir. Bəzən PKK-nın imdadına DEAŞ yetişir, davamlı olaraq da paralel təşkilat yetişir. Terror səbəbindən dünyasını dəyişən vətəndaşlara, əsgərlərimizə rəhmət, yaralılara təcili şəfalar diləyirəm. Onlar Çanaqqala şəhitləriylə birlikdə anılacaklar".