Brüsseldə baş verən terror aktından sonra dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb.
Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, dünya birjalarında aparılan ticarət əməliyyatlarında Brent markalı neftin qiyməti 0,14% azalaraq 41,48 dollara qədər enib.
WTI -Layt markalı neftin qiyməti də 0,10% aşağı enərək, 41,48 dollar təşkil edib.
Halbuki partlayışlarla bağlı xəbərlərdən öncə, neftin qiymətində artım dinamikası müşahidə edilirdi. Belə ki, terror xəbərindən əvvəl, Brent markalı neftin bir barelinin qiyməti 41 dollar 76 sent, WTI markalı neftin dəyəri isə 41 dollar 77 sent təşkil edib.