Donetsk şəhər məhkəməsi ukraynalı pilot Nadejda Savçenko ilə bağlı qərar verib.

Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmə danışıqlarına əsasən, Savçenko jurnalist İqor Kornelyuk və səs rejissoru Anton Valoşinin qətlində günahkar elan olunub. O, 22 il həbs həyatına məhkum olunub və 30 min rubl dəyərində cərimələnib.

Savçenkonun həbs müddəti saxlanıldığı gündən – 23 iyun 2014-cü ildən hesablanacaq.