Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rostov-Don şəhərində "Flay Dubay" şirkətinə məxsus "Boinq 737-800" sərnişin təyyarəsinin qəzaya uğramasına görə Rusiyaya başsağlığı verib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
 
"62 nəfərin ölümü ilə nəticələnən qəzanı kədərlə qarşıladım. Yaxınlarını itirənlərə, rus xalqına və qəzada ölən Ukrayna, İspanya, Hindistan, Özbəkistan, Qırğızıstan, Kolombiya, Seyşel adaları, Cənubi Kipr Respublikasına özüm və millətim adından başsağlığı verirəm", - məlumatda bildirilib.
 
Qeyd edək ki, martın 19-da baş verən qəza zamanı 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər ölüb.