Brüsseldə baş verən terror aktlarından sonra 3 Belarus vətəndaşı saxlanılıb.
Unikal.org-un məlumatına görə, polis onların terror hücumları ilə əlaqəsinin olmasından şübhələnir.
Rusiyanın "Sputnik" xəbər agentliyinin Belarus nümayəndəliyinin məlumatına görə, Belarusun xüsusi xidmətləri bu məsələ ilə bağlı avropalı həmkarları ilə sıx əməkdaşlıq etdikləri barədə məlumat verirlər.
Belarus hüquq-mühafizə organlarının yüksəkrütbəli məmurunun sözlərinə görə, saxlanılanlılar bir neçə il əvvəl Avropaya gediblər. "Şübhəlilərdən ikisi – İvan və Aleksey Dovbaşlar Homel vilayətindəndirlər, daha biri Marat Yunusov isə dağıstanlıdır və bir neçə il qabaq Belarus vətəndaşlığı alıb", - deyə mənbə bildirib.
O, həmçinin 1988-ci il təvəllüdlü Dovbaş qardaşlarından böyüyünün 2008-ci ildə Belçikaya təhsil almaq üçün getdiyini bildirib. "Onun ardınca isə balaca qardaşı gedib."
Dovbaşların valideynləri isə hələ də Homeldə yaşayırlar. Dağıstandan olan Yunusov isə Belarus vətəndaşı olmaqla yanaşı, həm də Belçika vətəndaşıdır.

Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Qritsak Brüssel partlayışlarında Rusiyanın əli olduğunu bildirib. Rusiya baş naziri Dmitri Medvedev buna reaksiya verərək onu "axmaq" adlandırıb.
Unikal.org xxəbər verir ki, Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Markin bunu "ən axmaq və ağılsız" bəyanat adlandırıb.
Bu gün Brüsseldə baş verən silsilə partlayışlar nəticəsində azı 34 nəfər həlak olub. Ölənlərdən 20 metroda, 14 isə hava limanında baş verən partlayışlar zamanı həlak olublar. Şəhər prokurorluğunun məlumatına görə, yaralıların sayı 136 nəfərdir.
Bu arada Belçika Kralı Filip və kraliça Matilda Brüsseldən çıxarılıb. Brüsselin "RTBF" kanalının məlumatına görə, kral və kraliça Belçikada baş verən terror aktları ilə əlaqədar öz saraylarından təxliyə olunublar.