İtaliyalı milyarder Alessandro Protonun daşınmaz əmlak şirkəti "Real"ın ulduz futbolçusu Kriştianu Ronaldudan məhkəməyə şikayət etməyə hazırlaşır.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Proto Enterprises" kompaniyası yalan və yanlış informasiya səbəbindən portuqal hücumçu ilə məhkəmədə görüşmək istəyir. Bir neçə ay öncə Ronaldunun Nyu-York şəhərində 18.5 milyon dəyərində mənzil aldığı məlum olmuşdu. Sonradan futbolçunun agentləri bu məlumatı təkzib etmiş və "Proto Enterpirses" şirkətini Ronaldonun adı ilə özünü reklam etməkdə ittiham etmişdi. Şirkət rəsmi bəyanatda mənzillərin Ronaldu tərəfindən Badr Hariyə bağışlandığını bildirib. Bəli, bu həmin Badr Haridir. Xarici KİV-lər Ronaldu və mərakeşli kikboksçunun intim münasibətdə olduğunu yazmışdı. Və Ronaldo "Real"ın prezidenti Florentino Perezin qadağasına baxmayaraq Mərakeşə gedib müntəzəm Hari ilə görüşür.