"Bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi"
Unikal.org xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə mahnı üstündə qardaşını bıçaqlayan şəxsin etirafları təqdim olunub.
Vasif Maqsudov (9 il): "İçib gəlmişdim. Evə gəlib telefonda mahnıya qulaq asırdım. Qardaşım da içib yatmışdı. O biri otaqdan mahnının səsini aşağı endirməyimi dedi. Eşitmədim. Durub gəldi. Qışqırdı üstümə, əliylə də bir-iki dənə vurdu. Keçdim mətbəxə, arxamca gəldi. Bıçağı götürdüm ki, qorxudum onu. Məni vurmaq istəyəndə atam tutdu onu. Atamın qarnından vurub yerə yıxdı. Mənə dedi ki, ya sən, ya da mən ölməliyəm. Gördüm gəlir üstümə, bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi. Tez gedib qonşuda həkimi çağırdım. Amma ölmüşdü. Onunla aramız yaxşı idi. Amma təəssüf ki, belə şey oldu. Peşimanam. Azadlığa çıxandan sonra onları öz övladım kimi saxlayacam. Qardaşımı həbsə düşməyimin ilk gününü yuxuda gördüm. Mənə dedi ki, mən sağam, evdəkilərdən muğayat ol. Allah qapını açsın".