Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində meyit tapılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Süleymanov olması müəyyən edilib.

Onun üzərində xəsarət aşkar edilməyib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.