ATV-nin evli cütlüyü Zaur və Günay Baxşəliyevlər bayram istirahətinə yollanıblar. Cütlük Qəbələdə dincəlir.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, Zaur və Günay istirahətdən fotolarını sosial şəbəkədə paylaşıblar. Onlar qeyd olaraq yazıblar:
"Bu gün Qəbələyə gələndə həm şoka düşdüm, həm də çox sevindim. Bütün Azərbaycan buradadır desəm, yanılmaram. Nəhayət, yavaş-yavaş özümüzə, öz vətənimizə, öz məşhurlarımıza, öz istirahət zonalarımıza dəyər veririk. Avropada ucuz olduğunu kim deyirsə, yanlış və yalandır. Bilet, qalmaq, gəzmək - hər şeyi üst-üstə gələndə "od" qiymətinə gəlib çıxır. O qədər pulu öz vətənimizə də xərcləmək olar".