Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Unikal.org bildirir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun S.Orucov küçəsində yerləşən avtomobillərin təmiri sexində qeydə alınıb. Orada rəngsaz işləyən Göyçay rayon sakini, 1985-ci il təvəllüdlü Teymur Əhmədov dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.