Bəzi saytlarda "Azərbaycan Hava Yolları QSC-nin baş direktoru Cahangir Əsgərov tutduğu vəzifəsindən azad olunması ilə bağlı məlumatlar dərc edilib.

Unikal.org məsələ ilə bağlı "Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxlayıb.

O məlumatı nə təsdiq, nə də təkzib edib: "Məlumatı yazandan soruşun. Biz belə məlumatları şərh etmirik.

Qeyd edək ki, Cahangir Əsgərovun vəzifədən azad olunması ilə bağlı xəbəri 24saat.org saytı yayıb. 

Xatırladaq ki, o, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.
1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.
1996-cı ildən "Azərbaycan Hava Yolları QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.
Evlidir, 2 övladı var.

Amid Əyyuboğlu