Bakıda 33 yaşlı qadın intihara cəhd edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yerləşən evdə yaşayan V.Qasımova qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Yaralı polisə ifadəsində bildirib ki, həyat yoldaşı ilə mübahisə edib, nəticədə əsəbiləşərək intihara cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.