Gəncədə əldə etdiyi narkotik vasitəni Şəmkirdə satmaq istədi. Ancaq onun bu arzusu ürəyində qaldı. Şəmkir polisi 24 yaşlı gənci külli miqdarda marixuana ilə birgə saxlayıb.
Şəmkir rayon polis şöbəsinin əməliyyatçılarına rayon ərazisində narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları şübhəli kimi 24 yaşlı Yasin Qəribovu saxlayıb. Şöbədə Qəribovun üzərinə üzərinə baxış keçirən əməliyyatçılar ondan 3 kloqram 230 qram açıq və daha 20 kibrit qutusu bağlı şəkildə qurudulmuş marixuana aşkarlayaraq götürüblər.
Bəxtiyar Rəhimov (Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi): "Qəribov Yasin Azər oğlu istintaqa məlum olmayan mənbəydən əldə etdiyi külli miqdar təşkil edən ümumi çəkisi 3 kloqram 326 qram qurudulmuş marixuananı özü ilə Şəmkir rayonuna daşıyıb. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yanalaraq tutulub.
Əvvəllər Türkiyə Respublikasında məhkumluq həyatı yaşayan Yasin Qəribov cəmi 5 ay öncə vətənə dönüb. O, narkotik vasitəni Gəncə şəhəri ərazisində yol kənarından toplasa da, satmaq üçün üz tutduğu məkan başqa rayon olub.
Yasin Qəribov (saxlanılan şəxs): "Gəncə şəhərində körpünün altından tapdım. Torbaya və kibrit qutusuna yığıb taksi ilə Şəmkirə gətirdim. Yanacaq doldurma məntəqəsinin yanında polislər tutdu.
Hazırda Şəmkir rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. (ARB)