Fevralın 24-də paytaxt sakini olan üç nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilovun saxta viza düzəldərək aldatma yolu ilə onlardan ümumilikdə 3476 manat pul aldığını bildiriblər.
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, A. Xəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat tədbirləri aparılır.