Bakı Apellyasiya Məhkəməsində bacısının həyat yoldaşını öldürən Ziya Əzizovun apellyasiya şikayətinə baxılıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, məhkəmə onun cəzanın azaldılması barədə şikayətini təmin etməyib və hökm qüvvəsində saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əzizov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Z.Əzizov bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovu aralarında borc üstündə yaranmış münaqişə nəticəsində bıçaqlayaraq öldürüb.