Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyü 720 kv.m sahədə yanıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.