Betonqarışdıran maşının sürücüsü Bakını "qarışdırdı" və döyüldü.
Unikal.org xəbər verir ki, Bakının Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 99-CT-422 dövlər nömrə nişanlı betonqarışdıran yük maşını kəskin manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Onun bu hərəkətləri sürücülərdən biri tərəfindən qeydə alınıb. 
Avtosfer.az-aməlumatına görəi, video martın 22-də çəkilib. Yük maşını kəskin şəkildə manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. 
Hətta belə görünür ki, o, sərxoşdur və maşını "8 yaza-yaza"sürür. Bəzənsə qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaradır. 
Bunu görən digər sürücülərin ona irad tutmasına baxmayaraq, o hərəkətlərindən qalmır və özünə haqq qazandırır. 
Hadisə şahidlərinin bildirdiyinə görə, Babək prospektində, "Maşın bazarı"nın yaxınlığında sürücülər onu saxladaraq, döyüblər.