"Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, Türkiyənin də iştirak etdiyi ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib: "Artıq zaman daralır, səbr tükənir. Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin ürəyi Dağlıq Qarabağda döyünür. 25 il əvvəl Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm.