Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gədib.

Unikal.org xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.