Bakıda 11 yaşlı qız zorlanıb. Hadisə Xətai rayonunda qeydə alınıb.

Unikal.org sputnik-ə istinadən verdiyi məlumata görə, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü A. Hümbətov yaxın qohumu 11 yaşlı Fidan Cabbarova (ad və soyad şərtidir) ilə evdə tək qaldıqda qızın boğazına bıçaq dirəyərək hədə qorxu gəlib və onu zorlayıb. Hadisəni törədən keçmiş məhkum evdən qaçdıqdan sonra qız hadisə barədə valideynlərinə məlumat verib.

Valideynlər də məsələ barədə dərhal Xətai Rayon Polis İdarəsinə məlumat veriblər. Faktı törədən şəxsin hələlik saxlanılmadığı bildirilir.

İş materialları araşdırılması üçün prokurorluğa təhvil verilib.