Fevralın 28-nə keçən gecə Salyan rayonunun Şorsulu kəndindəki mağazalardan birinin dam örtüyü sökülüb, orada quraşdırılan "MilliÖn" ödəmə terminalının qapısı sındırılaraq içərisində 459 manat olan kassa qutusu oğurlanıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Sarif Alxanov tutulub.