İmam Sadiq (ə) buyurur: "Uşaq ağlamasının mənfəətini tanı və bil ki, uşaqların burunlarında rütubət vardır ki, əgər qalarsa, onlarda daha böyük dərdlər meydana gələr: korluq və bunun kimi. Ona görə də ağlamaq bu rütubəti onların başından çıxardar və bədənin sağlam olmasına və gözlərin salamat olmasına səbəb olar. Ona görə də o zaman ki, uşaq ağlayar, ata və anasına onun mənfəəti gizli olar. Onlar səy edərlər ki, onu sakit etsinlər. Hər bir hiylə ilə onu sakitləşdirmək istəyərlər. Çünki bilmirlər ki, ağlamaq onun üçün faydalıdır və aqibəti yaxşıdır.

Unikal.org deyerler.org-a istinadən bildirir ki, həmçinin bir çox şeylərdə mənfəət vardır ki, Xaliqin tədbirini məzəmmət edən ateistlər onu bilmirlər. Əgər bilsəydilər və başa düşsəydilər, bu mənanı hökm etməzdilər ki, aləmdəki şeylərin mənfəəti yoxdur. Çünki onun hikmətini bilmirlər. İnkar edənlərin bilmədikləri şeylərin çoxunu ariflər bilirlər.
Ancaq uşağın ağzından axan su əksər hallarda rütubəti dəf edər, əgər bədənlərində qalsaydı, hər an böyük dərdlər meydana gələrdi. Necə ki, görərsən o kəsə ki, rütubət qalıb gələr - ya dəlidir, ya da sağlam ağlı yoxdur. Və ya iflic və onun kimilərə düçar olmuşdur. Ona görə də Əlim Allah uşaq üçün belə təyin etmişdir ki, həmin rütubət ağızlarından dəf olsun ki, böyüyən zaman sağlam olmaqlarına səbəb olsun.
Allah böyük və kamildir, nemətləri isə xəlqindən layiq olanlara və olmayanlara sonsuzdur. Allah ondan da ucadır, o şey ki, batillər və ateistlər deyirlər. Çox ucadır".