Oqtay Şirəliyevə şok ittiham
11:23 06-07-2012
İQTİSADİYYAT
Oqtay Şirəliyevə şok ittiham
Səhiyyə Nazirliyi uşaq ölümləri ilə bağlı statistikanı saxtalaşdırır?!
BMT Uşaq Fondunun son hesabatı səhiyyə naziri Oqtay Şirəliyevə başağrısı yarada bilər. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.
Mənbə xatırladıb ki, həmin hesabatda ölkədə hər 1000 uşağın 36-nın 5 yaşına çatmadan ölməsi faktı xüsusi narahatlıq doğurub. Məsələ burasındadır ki, Gürcüstan və Ermənistanda həmin rəqəmlər müvafiq olaraq 30 və 23-dür.
Səhiyyə Nazirliyinə qarşı ən mühüm ittihamlardan biri isə Azərbaycanda uşaq ölümünə dair faktların 70 faizinin rəsmi statistikadan gizlədilməsidir. Hesab olunur ki, burada əsas günahkar Elmi Tədqiqat Pediatriya İnstitutudur (ETPİ). Elə həmin institutun cərrahı Qafaq Cəfərov da bu günlərdə qeyri-hökumət təşkilatlarından birinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada qurumun rəhbərliyini uşaq ölümlərilə bağlı statistikanı saxtalaşdırmaqda, bu ölümlərlə bağlı ictimaiyyətə hesabat verməməkdə ittiham edib. İttihamlardan biri də Azərbaycanda ev şəraitində, xəstəxanaya çatmadan yolda doğulub ölən körpələrin statistikasının isə ümumiyyətlə aparılmaması və bu
rəqəmlərin də rəsmi statistikadan kənarda saxlanılması ilə ölkədə doğuşlarla bağlı durumun ürəkaçan olmasına dair görüntü yaradılmasıdır.
Daha bir iddiaya görə bu il ETPİ-də 75 uşaq ölümü baş versə də, institut rəhbərliyi onun yarısına qədərini ictimaiyyətə açıqlamaqdan yayınıb və yalnız 45 uşaq ölüm faktını rəsmiləşdirib.
Səhiyyə naziri Oqtay Şirəliyev mütəmadi olaraq ölkədə doğuşlarla bağlı durumun ürəkaçan olmasına, ana və uşaq ölümü faktlarının azalmasına işarə edir. Amma beynəlxalq hesabatlarla nazirin dedikləri arasında kəskin fərqin ortaya çıxması naziri hökumət daxilində pis vəziyyətdə qoyur və istisna deyil ki, ondan, eləcə də ETPİ rəhbərliyindən bu barədə hesabat və izahat istəniləcək.
Xatırladaq ki, BMT Uşaq Fondunun 2012-ci il hesabatının Azərbaycanla bağlı hissəsi olduqca dəhşətli və ölkə səhiyyəsinin gerçək durumunun obyektiv analizi baxımından əhəmiyyətlidir. Orada vurğulanır ki, Azərbaycanda hər iki saatdan bir 1 körpə ölür. Qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır. Bu isə qarşısının alınması mümkün olan uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur.
Bütün bunlardan sonra səhiyyə naziri Oqtay Şirəliyevdən indiyədək guya vəziyyətin çox yaxşı olması barədə açıqlamalarının izahının istənilməsi təbiidir. Eyni zamanda Səhiyyə Nazirliyinin və nazirin özünün də adının hakimiyyətin “qara siyahılar”ın başında gəlməsi qaçılmaz görünür. Şirəliyev bu durumdan necə çıxacağı və ya çıxmağa çalışacağı isə əlbəttə ki, maraq doğurmaya bilməz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00