Bakıda iki kişi öz qollarını doğrayıb. Hadisələrdən biri Binəqədi, digəri Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki evlərdən birində yaşayan 1975-ci il təvəllüdlü S.Vəliyev sərxoş vəziyyətdə qolunu ülgüclə kəsib.
Bundan başqa, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsindəki evlərdən birində yaşayan 1967-ci il təvəllüdlü Ş.Məmmədov intihar məqsədi ilə bıçaqla qollarını kəsib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. ("Report)