Türkiyənin Silivri bölgəsində polisin keçirdiyi əməliyyat nəticəsində məcburi olaraq fahişəliyə cəlb edilən 11 qadın saxlanılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qadınların Özbəkistan, Mərakeş, Gürcüstan, Ukrayna, Suriya və Azərbaycan vətəndaşı olduqları məlum olub.

Müayinə olunan qadınların bəzilərində Hepatit C və QİÇS aşkarlanıb. Onların ölkələrinə deportasiyaları üçün tədbirlər görülür.

Silivridə jandarma qrupların təşkil edilən fahişəliyə istiqamətli əməliyyatda, xarici uyruklu 11 qadın nəzarətə alındı.

polis nqrupları, Silivridə Gümüşyaka, Değirmenköy və Fevzipaşa mahallelerindəki otel, kafe və restoranlarda xarici ölkə vətəndaşı olan qadınların zorla fahişəlik etdirildiyi xəbəri üzərinə əməliyyat keçirib. Əməliyyatda 4-ü Özbəkistan, 2-i Mərakeş, 2-si Gürcüstan, 2-i Ukrayna və biri Azərbaycan əsilli 11 qadın nəzarətə alınıb.

Dərhal saxlanılan qadınlar xəstəxanaya müayinəyə aparılıb. Onların bəzilərində Hepatit C və AIDS kimi yoluxucu xəstəliklər aşkar edilib. Qadınlar ölkələrinə deportasiya edilmələri üçün müvaffiq təşkilata göndərilib.