"Türkiyə Suriyada əldə olunmuş atəşkəsi ləğv etməyə və həmin ölkədəki vəziyyəti daha da ağırlaşdırmağa cəhd edir".
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko açıqlama verib.
Matviyenkonun sözlərinə görə, buna bariz nümunə kimi Türkiyənin kürd əhaliyə qarşı istifadə etdiyi silahları göstərmək olar. O, bütün bu hərəkətlərin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə qəti şəkildə zidd olduğunu qeyd edib.
Matviyenko bu məsələni sərt formada şərh edib:
"Türkiyə siyasətinin məntiqi də göz qabağındadır. Bəzi insanlar Türkiyənin məşğul olduğu neft istehsalı və satışının aşağı düşməyini heç cür qəbul edə bilmirlər".
Qeyd edək ki, daha əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bəyan etmişdi ki, Türkiyənin atdığı addımlar Suriya böhranının həll olunmasına ciddi əngəllər törədir.