Göyçay rayonunda intihar hadisəsi baş verib.
 
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun İnçə kəndində qeydə alınıb.
 
Kənd sakini, 1968-ci il təvəllüdlü Qəribov Nizaməddin Əliyar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Beş uşaq atası olan Nizaməddin Qəribov spirtli içki aludəçisi olub. Məlumata görə o intihar edərkən sərxoş olub.
     
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.