ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.
O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb.
Səfər çərçivəsində həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
İ. Popov Ermənistana səfərlərinin başqa vaxta planlaşdırıldığını deyib.