Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır, hər iki ölkənin mövqeyi bir çox məsələlərdə üst-üstə düşür.

Unikal.org-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, danışıqlar konstruktiv keçib və tərəflər gələcək görüşlərin qrafikini, eləcə də iqtisadi sahədə vəziyyəti müzakirə ediblər.

S.Lavrovun sözlərinə görə, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini davam etdirəcək.