Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin sədri İslam Hüseynov təşkilatın sıralarından xaric edilib.
Unikal.org xəbər verir ki, ÜAK-ın mətbuat xidmətindən apa-ya verilən məlumata görə, Konqresin Rəyasət Heyətinin qərarı ilə İ. Hüseynov təşkilatın Mərkəzi Şurasının üzvlüyündən çıxarılıb.
Buna səbəb kimi İ. Hüseynovun Ulyanov vilayət məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə (külli miqdarda dələduzluq etmək) mühakimə olunduğunu göstərib.
ÜAK Rəyasət Heyəti həmçinin Arxangelsk vilayəti məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 1.119-cu (ölümlə hədələmə və sağlamlığa ağır zərər vurma) və 2. 115-.2-ci maddələri (bilərəkdən sağlamlığa yüngül zərər vurma) ilə mühakimə olunan ÜAK üzvü Əkbərov Rəsul Cupu oğlunun təşkilatdan xaric olunması barədə qərar çıxarıb.
ÜAK Mərkəzi Şurasının qərarları haqqında məlumatlar regional hakimiyyət orqanlarına göndəriləcək.