Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org "Report" xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Neftçala rayon Polis şöbəsinin müstəntiqi Məlahət Mehdiyeva idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub.
Şahidlərin sözlərinə görə, avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-in Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və "təcili yardım" maşını cəlb edilib. Avtomobil söndürülüb. Qəza nəticəsində "Mercedes"in sürücüsü sükan arxasında sıxılmış vəziyyətdə qaldığından maşından çıxa bilməyib və dünyasını dəyişib. Yolun kənarına aşan "KamAZ"ın sürücüsü və salondakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.