Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üzrə birinci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Şuradan Unikal.org-a verilən məlumata görə, müsabiqəyə ümumilikdə 590 layihə təqdim olunub. Onlardan 519-u seleksiya mərhələsinə buraxılıb. Həmin QHT-lərdən 317-si qalib gəlib və maliyyələşdiriləcək.