Azərbaycanda məhkum qadın intihar edib.
Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də özünü örpəklə özünü asaraq intihar edib. Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.