Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərlə bağlı reyd keçiriləcək.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov unikal.org-a bildirib ki, bir neçə saatdan sonra paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunacaq. Reydlər axşam saatlarında qədər davam edəcək. "Yol hərəkəti haqqında" Qanunun tələblərinə tam əməl edən xanım sürücülərə hədiyyələrlə mükafatlandırılacaq.