Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Unikal.org bu bayram münasibətilə qadınlarımızı sosial şəbəkələr vasitəsilə təbrik edən millət vəkillərinin yazdıqlarını oxuculara təqdim edir.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc xanımlarımızı "ƏBƏDİ ƏTİR BRENDİ adlı yazısı ilə belə təbrik edib:

"Əvvəlcə,sizə qabırğamızı verdik.Sonra ürəyimizi.İstəsəniz dünyanın ilk transplantasiyası yerinə bunları da yaza bilərsiniz. Sadəcə köçürmə əməliyyatını Yaradanın özü etmişdi.
Ən sonda kişilər sizlərin yolunda başlarını fəda etdilər.Lakin dünyanın yeganə savaşıdır ki,qadınların fəthi uğrunda verilən itkilər canlı aləmin varlığına,gələcəyinin təminatına və sülhə xidmət edir.Belə ölüm kədər və hüzn doğrumur.Ona görə də bir almanı yeyib cənnətdən çıxmağa dəyərdi-sizinlə birgəlik üçün.
Qadınlar dünyanın əbədi ətir brendidir.Heç zaman təravətini itirməyən və insanlığın üstünə çiləndikcə tükənməyən parfümü.
Sizi nənə,ana,bacı,ömür-gün yoldaşı,övlad,nəvə.. kimi görmək çox xoşdur.Fransada saxlanan çəki etalonu,Britaniyada qorunan saatla müqayisədə siz hər yerdə-hər qitədə yalnız gözəllik mücəssiməsi olaraq qalacaqsınız.
Lakin Azərbaycan qadınları dünyanın ən gözəl yarısıdır.Klara Tsetkinin və ya Roza Lüksemburqun mübarizəsi olmasaydı belə, sizi sevgimizin ünvanı kimi göstərməyimiz üçün təqvimin bütün günlərini qırmızıya boyamağa dəyərdi.
Pafos və bəlağətsiz danışmağın mümkün olmadığı yeganə ünvan,statua,heykəl,müqəddəslik rəmzi sizsiniz!
Tanrı sizi qorusun,əziz qadınlar!

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları belə təbrik edir:
"Əziz Azərbaycan qadınları, ana və bacılar, qız balalar sizləri bu gözəl gün münaibəti ilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və xoş günlər arzu edirəm.
Gül kimi təravətli, su kimi saf və təmiz olasınız.
Xoşbəxt olun!
Bayramınız mübarək !!!


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Mənsimli:
"Əziz xanımlar,bayramınız mübarək olsun!
Əziz və dəyərli xanımlar, Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, sevgi,səadət,uğur,gözəlliklərlə dolu xoş və rahat həyat arzulayıram!


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev:

"Əziz xanımlar, analar ve bacılar! Sizləri "8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik edirem, Allah'dan sizlere ən xoş isteklerimi ve arzularımı dileyirem. Allah biz kişileri sizlersiz elemesin.
Bayramınız mübarək".