"Yeni Müsavat" qəzetinin redaktoru, köşə yazarı Zahid Səfəroğluna ağır itgi üz verib.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, redaktorun qızının həyat yoldaşı Fərhad bəy ağır xəstəliyə düçar olub, aldığı intensiv müalicələrə baxmayaraq qısa müddətdə dünyasını dəyişib. Mərhum bu gün doğulduğu Masallı rayonunda torpağa tapşırılıb. Onun 37 yaşı vardı, özündən sonra iki azyaşlı övladı yadigar qaldı.

Allah rəhmət eləsin!