Bu gün Samur-Abşeron kanalından insan skeleti tapılıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, cəsəd kanalın rayonun Hacıəlibəyli kəndindən keçən hissəsindən aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılan insan skeleti aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.