2017-ci ilin əvvəlindən bu günə qədər Bakıda baş verən 112 yol nəqliyyat hadisəsi nəticəsində 27 nəfər həlak olub, 131-i isə xəsarət alıb. 

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, məhz qadınların səbəb olduğu yol qəza hadisələrinin sayı isə 19-dur. Təxmini hesablamalara görə, mərkəzi məlumat sistemi üzrə 200-dən artıq xanım sürücü cərimələrin ödənişini gecikdirir. Narahatlığa əsas yoxdur: "Dövlət yol polisi idarəsi xəbərdarlıq edir deməyəcəyik. 

Dövlət Yol Polisinin bayram günündə ənənəvi keçirdiyi reyddə xanım sürücülərə müxtəlif hədiyyələr təqdim olundu. İdarənin mərkəzi məlumat sistemində son 1 ildə qaydaları pozmadığı qeyd olunan xanım sürücülərin hədiyyəsi isə digərlərinən çoxluğu ilə fərqləndi. Dövlət Yol Polisi xanım sürücüləri təkcə Bakıda yox, Sumqayıtda da saxladı. Axşama qədər davam edən aksiyada Bakı və Sumqayıtın müxtəlif yerlərində xanım sürücülər mükafatlandırıldı.