Xudat şəhər sakini Tatyana Vələmmətova 8 Mart beynəlxalq qadınlar günündə ən qiymətli hədiyyə alanlardandır.

Unikal.org ARB Şimal-a istinadən xəbər verir ki, 10 ildir evli olan xanım bu gün 3-cü övladını dünyaya gətirib. 2 qız övladı olan Tatyana uzun illərdir oğul övladına sahib olmaq istəyib. Məsh bayram günündə də bu arzusuna çatıb.

Tatyana Vələmmətova bildirib ki, 6 ildən sonra oğlu olub: "2 qızım var. Biri 8 yaşında, biri də 6 yaşında. 8 mart bayramında çox böyük hədiyyədir. Atası göylərdə uçur. Qayınatamın adını qoymaq istəyirik.

Vələmmətovlar ailəsi kimi daha 5 ailə 8 mart günü Quba regional Perinatal mərkəzində sevinib.