Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Lənkəran şəhəri, dəniz sahilində keçirilən əməliyyat barədə məlumat yayıb.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, dəniz kənarında 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 1 500 kv.m ərazi yoxlanılıb.