Banklar bəzi məlumatları müştərilərdən gizlədir. Çünki gizlədilən məlumatlar konkret olaraq bankların faydasından çox zərərinə ola bilər. Halbuki, həmin məlumatların müştərilərə çatdırılması bankların vəzifə borcudur. Belə məlumatlardan biri budur ki, vətəndaş krediti alandan sonra onu ödəmə qabiliyyətini itirərsə, bununla bağlı banka rəsmi müraciət edə və bank faizlərinin hesablanmasını dayandıra bilər.

Unikal.org xezerxeber.az-a istinadən məlumat verir ki, bankların müştərilərin ödəmə qabiliyyətini artırmaq üçün qarşılaşdığı problemləri həll etməklə bağlı vəzifələri də var. Yəni bank təkcə müştəridən nəsə almaq yox, həm də onun maliyyə vəziyyətini normallaşdırmaq üçün ona köməklik göstərməklə də mükəlləfdir. Bu, o halda olur, müştərinin krediti problemli kreditlər siyahısına düşür və ödəmə qabiliyyətini tam, ya da qismən itirmiş olur.