İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində bir-birinin ardınca iki partlayış baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 23 nəfər ölüb.

İlkin məlumata əsasən, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.