"Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik".
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.
Nazirlik bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunukasiya xətlərini hədəfdə saxlayır: "Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır".
Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycan Silahlı Qüvvələrinin guya mülki vətəndaşa atəş açaraq yaraladığı barədə məlumat yayıb.
Trend.az