Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb.

Ölkə.az saytının yazdığına görə, 2010-cu il martın 5-dən müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Ombudsman aparatının mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qanunvericiliyə əsasən yeni ombudsman seçilənə qədər köhnə ambudsman öz vəzifəsini icra edir: " Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin seçimi üçün ölkə prezidenti Milli Məclisə təqdimat göndərir və ombudsman səsvermə yolu ilə seçilir. Bizdə olan məlumata görə hələki, belə bir təqdimat yoxdur.

Amid Əyyuboğlu