Lider televiziyası vətən məmur münasibətlərinə həsr olunan veriliş hazırlayıb.

Unikal.org bildirir ki, aparıcı Mətanət Ağamirli verilişin anonsu əks olunan videonu sosial şəbəkədə paylaşıb.

Şənbə günü efirə gedəcək verilişdə qanunlar, hüquqlar, məmurlar və vətəndaşlar,.. Münasibətlər necə tənzimlənir? Məmurlar qanunlara nə dərəcədə riayət edir? Vətəndaşlar necə, öz hüquqlarını bilirlərmi? İctimai nəzarət problemləri həll etmək gücündədirmi? tezisləri ətrafında söhbət aparılacaq. Anonsdan görünür ki, verilişdə məmurlar sərt tənqid olunur.